Myprotein Essential Omega-3 (250 softgels)
Myprotein Omega-3 yumşaq gellər nədir?
Omeqa 3 mənbəyi balıq yağı olan, əvəzolunmayan yağ turşusudur (ƏYT). Yağ turşuları, yağ və piylərin əsasını təşkil edir. MyProtein Essential Omega-3 (90 softgels) ümümi sağlamlıq və rifah üçün insan orqanizminə lazımdır. Onlar insan orqanizmi üçün əvəzedilməzdirlər, çünki onlar insan orqanizmdə mövcud olan bütün canlı hüceyrələrin hər bir hissəsini təşkil edir. ƏYT mövcud hüceyrələrin yenidən bərpası və yeni hüceyrələrin istehsalı üçün lazımdır. Əsas yağ turşuları, uzun zəncirli yağ turşuları olan və çox sayda faydalı xassələrə malik olan EPT (eykozapentayen turşusundan) və DQT (dokozaqeksagen turşusundan) ibarətdir.
Myprotein Omega-3 yumşaq gellərin üstünlükləri
Çoxsaylı tədqiqatlar göstərmişdir ki, Omega 3 balıq yağı ürək xəstəliklərinin meydana gəlməsi riskini minimuma endirə, tutmaların tezliyini azalda və depressiyanın müəyyən göstəricilərini yaxşılaşdıra bilər. Sonuncu tədqiqatlar göstərmişdir ki, əvəzedilməz yağ turşuları triqliseridlərin (yağ cəmlənməsi) sintezindən qalan yağ turşularını oksidləşmə istiqmətinə yönəldərək, qlükozanı (həzm edilmiş karbohidratlardan) qlikogen qismində istifadə edə bilir. Sadə şəkildə desək, əvəzedilməz yağ turşuları karbohidratları cəmləmək və eyni zamanda da yağları yandırmaq qabiliyyətinə malikdirlər.
Bizim Omeqa 3 ƏYT tərkibində maksimum 0,1 çnm ağır metal var.
Myprotein Omega-3 yumşaq gelləri kimə uyğundur?
Myprotein brendinə məxsus Omega-3 yumşaq gelləri, Omeqa 3-ün gündəlik qəbulunu artırmaq istəyənlər üçün tövsiyyə olunur və pəhrizlərində balıq çatışmazlığını hiss edən insanlar üçün xüsusilə uyğundur.
Əsas üstünlükləri
- Ümumi sağlamlığa və rifaha kömək edə bilir.
- 18% EPT / 12% DHT
- Ürək xəstəlikləri ilə mübarizədə kömək edə bilər
İstifadə qaydaları: Gün ərzində 1-3 dəfə yeməklə birgə 1 kapsul qəbul edin.