ON Essential AmiN.O. Energy (270 gr)
Hamımızın dəqiq müəyyən edilmiş bir qida rejimi ilə və artıq yağlardan tamamilə azad olunmaqla mükəmməl əzələlərə sahib olmaq istəyirik. Heç kimə sirr deyil ki, dəyərli bir şeyə çatmaq üçün təkcə arzu kifayət deyil. Güc və əqli qabiliyyətlərinizin tam öhdəliyini tələb edən ciddi bir diyetə və inadkar bir məşq təlimi proqramına sadiq qalmağımız vacibdir.
Sizin bu arzularınızı reallaşdırmağınıza yardımçı olmaq üçün Optimum Nutrition brendi əsas amin turşularından və təbii enerji mənbələrindən ibarət Essential Amino Energy energetik amin turşu kompleksini istehsal etmişdir. Sözü gedən bu qida əlavəsi sürətli absorbsiya qabiliyyətinə malik və sərbəst formada olan amin turşularının optimal nisbətini özündə ehtiva etməklə bərabər həm də enerji metobolizmini sürətləndirən tam təbii komponentlər ilə hər bir istifadəçi üçün unikal vasitəyə çevrilmişdir. Məhz sadalanan bu formula sayəsində atletlərin dözümlülüyü və bərpası yaxşılaşır.
Essential Amino Energy idman qidasının daha bir unikal xüsusiyyəti isə qan dövranını gücləndirməsi və pamp effekti verməsidir. Qan axının güclənməsi həm də qidalı maddələrin əzələlərə daha intensiv və sürətli daşınması deməkdir. Tərkibində dadlaşdırıcı qismində sıfır kalori sukraloz şəkər əvəzedicisinin olması bu məhsulun istənilən aşağı kalorili pəhriz ilə istifadəsinə şərait yaradır.
Üstünlükləri:
- BCAAs və digər vacib amin turşuları ehtiva edir
- Amin turşuları sərbəst formadadır
- Sürətli və asan həzm
- Beta-alanin ilə daha uzun, daha səmərəli məşq
- Təbii enerji ekstraktları ehtiva edir
- NO sintez dəstəyi (pump effekti)
- 10 kalori və 0 qr şəkər (tam dietik)
- Məhsul asanlıqla qarışır və həll olunur.
Istifadə qaydası: 1 qaşıq 300 ml su ilə qarışdırıb məşqdən qabaq və sonra qəbul edin.