MuscleTech Vapor X5 (30 serv)
MuscleTech brendindən Vapor X5 – kliniki test edilmiş və tam təhlükəsiz bioloji maddələrdən hazırlanmış məşq əvvəli istifadə edilən energetic məhsuldur. Vapor X5 Pre-Workout məşq zamanı enerji metobolizminizi sürətləndirməklə yanaşı güc, dözümlülük, zehni funksiyanı yaxşılaşdırma, diqqəti artırmaq və yorğunluğu azaltmaq kimi xüsusiyyətlərlə sizə yardımçı olacaqdır.
Daha əvvəl deyildiyi kimi, MuscleTech Vapor X5 (30 serv) yan təsirləri olmayan klinik cəhətdən sınaqdan keçirilmiş komponentlərdən ibarətdir. Bunlar Kofein, Beta-Alanin, Kreatin, Taurin, Arginin, Betain anhidrat, Xolin bitartrat, Yohimbin ekstraktı və bir sıra güclü aktiv maddələrdir. Bütün bu qidalandırıcı maddələr məşq zamanı inanılmaz nəticələr əldə etməyə imkan verən unikal komplekslərin bir hissəsidir! Məşqdən əvvəl sadəcə 1 porsiya Vapor X5 energetik məhsulu sizə heç vaxt hiss etmədiyiniz enerji partlayışı bəxş edəcək. Bütün bu yeni təəsüratları yaşamaq yalnız və yalnız MuscleTech Vapor X5 Next Gen energetik idman əlavəsi ilə mümkün olacaqdır.
Muscle Matrix - məşqlərdə dözüm və güc artırmağa kömək edən xüsusi bir kompleksdir. Tərkibində Creatine Monohydrate, həmçinin Betaine anhydrous vardır. Kreatinin istifadəsi dövründə, ağır fiziki məşqlər zamanı orqanizm ilk növbədə kreatinfosfatı enerji mənbəyi kimi istifadə edir. Bu zaman ATF və əzələlərdə saxlanılan qlikogen ehtiyat edilir, daha sonrakı bərpa prosesində istifadə olunur.
Performans kompozisiyası - Taurine və Beta-Alanine kimi aktiv maddələrə əsaslanan təsirli pamp və enerji kompleksidir. Taurin biogenik amin turşusudur və orqanizmdə ən çox ürək və beyində rast gəlinir. İdmançılar arasında orqanizmin bərpası, fiziki və zehni potensialı artırmasına görə məhşurdur. Taurin ürəyə və zehni funksiyaya müsbət təsir edir.Beta-alanin əzələlərdə karnozinin cəmlənməsini əhəmiyyətli dərəcədə artırır. Bunun müsbət cəhətini isə belə anlatmaq olar: Fiziki aktivlik zamanı əzələlərdə onların dözümlüyünə mənfi təsir göstərən süd turşusu yığılır. Süd turşusunun miqdarı artan zaman əzələlərin yorğunluq hissi də güclənir. Karnozin isə bu turşunun sintezinin qarşısını alaraq əzələlərə uzunmüddətli çalışmağa və daha da dözümlü olmağa yardımçı olur.
Pump Matrix – Nitrosigine potentli qarışımdan və Hawthorn (Lələkvari-kəsikyarpaq yemişan) ekstraktından ibarət formuladır. Bu kompleks ürəyə düşən təzyiqi aradan qaldırmağa yardımçı olmaqla yanaşı əzələlərinizi daha çox oksigen və digər dəyərli qida maddələrinin sürətli daşınması ilə təmin edəcəkdir. Buna səbəb qan damarlarını genişləndirən və qan axını sürətləndirən azot oksidinin sintezinin nitrosigine qarışımı hesabına güclənməsidir.
Energy Matrix – Kofein anhidrat və Choline Bitartrate maddələrindən ibarət kompleksdir. Caffeine Anhydrous kofeinin susuz tərkib hissəsilidir (yəni Kofein Anhidratı). Sinir sisteminin ən güclü stimulantlarından biri olaraq zehni konsentrasiyanı daha uzun müddət saxlamağa və zehni yorğunluğu aradan qaldırmağa kömək edir. Kofein həmçinin termogenezi stimullaşdırır, israf edilən kalorilərin miqdarını artırır və əlavə enerji verir. Kolin bitartrat isə hüceyrə membranlarının saxlanması və əzələlərin daralmasında və beyin funksiyasında mühüm rol oynayan asetilkolinin istehsalı üçün vacibdir. Onun təsiri beyində neyromodulyator rolunu oynayan və fəaliyyətini yaxşılaşdıran xoşbəxtlik hormonlarının formalaşmasında iştirak edən fenetilamin tərəfindən gücləndirilir.
Neurosensor qarışımı – L-theanine, Galangal və Yohimbine ekstraktından ibarət qarışımdır. L-tianin təbii mənşəli amin turşusu olmaqla yanaşı, orqanizmin stresə dözümlülüyünü artırır, əsəbləri sakitləşdirir və enerji ehtiyatının artımını dəstəkləyir. Qalanqal ekstraktı isə immune sistemini gücləndirir, zehni funksionallığı yaxşılaşdırır və reproduktiv funksiyaya müsbət təsir edir. Yohimbin ekstraktı isə öz növbəsində hormonal balansı yaxşılaşdırır və testosterone səviyyəsini artırır. Bütün bu maddələr ümumən həm əsəb sakitləşdirirlər, həm də serotonin hormonunun (xoşbəxtlik hormonu) sintezinə müsbət təsir göstərirlər.
Əsas üstünlükləri:
- Enerji partlayışı bəxş edir
- Zehni konsentrasiyanı gücləndirir
- Enerji metobolizmini sürətləndirir
- Əzələnin güc və potensialını artırır
- Dözümlüyü artırır
- Qan dövranını gücləndirir
- Maddələr mübadiləsini yaxşılaşdırır
- Katobolik proseslərin qarşısını alır
- Əhval-ruhiyyəni yaxşılaşdırır
İstifadə qaydası: 1 ölçü qaşığı məhsulu 250 ml sərin su ilə qarışdırın və məşqdən 30 dəqiqə əvvəl için.