Режим работы магазина:
Каждый день: с 11:00 до 21:00
Адрес 1: Н.Нариманов м, у.Табриз 116

Yağ necə parçalanır və ondan necə azad olmalı

Yağ necə parçalanır və ondan necə azad olmalı

Piy – ifrat dərəcədə qəbul olunan və sərf edilməyədiyi təqdirdə ehtiyyat kimi saxlanılan enerjidir. Artıq piylərdən azad olmaq üçün onları, yəni enerji ehtiyyatını sərf etmək lazımdır. Bu sadəcə fizikadır. Bu kimi  yağların yanması prosesi birbaşa beyinlə əlaqəlidir. Yəni qarına polietilen kəmər bürüyüb tərliyərək və bu tərlə birlikdə yağın əriyib üzə çıxmasını zənn etmək kimi absurd fikirlər tamamilə yanlışdır.

Artıq yağların (piylərin) yanması üçün 3 etap lazımdır:

  1. Həmin yağ hissəcikləri qan dövranına keçməlidir
  2. Enerjiya ehtiyacı olan liflərə çatdırılmalıdır
  3. Hüceyrələrdə oksidləşməlidir (nəticədə enerji azad olur)

Piy toxumalarının qana keçməsini qlükaqon, adrenalin, noradrenalin, kartizol, somatotropin və s. Hormonlar təmin edir. Hormonların fəaliyyətə keçməsi üçün isə beyindən xüsusi siqnallar ötürülməlidir.

Daha sonra bu hissəciklər enerjiyə ehtiyacı olan orqan və toxumalara həmin qan dövranı vasitəəsi ilə çatdırılır. Burada isə yağ turşularının oksidləşmə yolu ilə parçalanması bilavasitə mitoxondri matriksinin daxilində başlayır. Parçalanan yağ isə öz növbəsində karbondioksid, su və enerjiyə parçalanır. Karbondioksid nəfəs yolu ilə, su isə öz növbəsində tər,idrar, göz yaşı və s. yollarla bədəni tərk edir.

Nəticə etibarı ilə piydən azad olmaq üçün yalnız maksimum fiziki aktiv olmaq və ehtiyat piylərin yığılmaması üçün düzgün qidalanmaq lazımdır.

Комментарии
Пока нет комментариев
Написать комментарий
38 + ? = 44