Düz Skamyada Jım
05.10.2017
Texnika:
- Düz skamyada uzanaraq ştanqı orta enlilikdə tutun.
- Tərəfdaşınızın köməyi ilə və ya öz gücünüzə ştanqı dayaqdan götürürün.
- Ştanqı aşağı endirdiyiniz zaman nəfəs alın. Enmə yavaş şəkildə olmalıdır. Ən son nöqtədə, ştanqı sinənin orta hissəsinə yüngül şəkildə toxunana qədər aşağı endirin.
- Çox qısa bir müddət ştanqı sinədə saxladıqdan sonra yuxarı pozisiyaya qaldırın. Ştanqı qaldırdığınız zaman nəfəsi verin.
- Hərəkəti yerinə yetirən zaman bütün diqqətinizi, ştanqın sinə əzələsinin hesabına qaldırılmasına yönəltməlisiniz. Bütün fikriniz sinə əzələsində cəmlənməlidir. Əzələnin necə işlədiyini hiss etməyə çalışın.
- Ən yuxarı nöqtədə, çox cüzi pauzadan sonra yenidən əvvəlki qaydada ştanqı endirməyə başlayın.
- Çalışın ki, ştanqı endirdiyinizdə sərf etdiyiniz vaxt, onu qaldırdığınızdakından iki dəfə çox olsun. Yəni ştanqı endirərkən daha yavaş endiririn.
Diqqət:
- Bu hərəkəti köməkçi və ya məşq yoldaşınızın dəstəyi ilə yerinə yetirməyə çalışın. Əgər kömək edən yoxdursa, həddən artıq ağır çəkiləri qrifə qoymayın.
- Ştanq endirilən zaman həmişə sinənin orta hissəsinə dəyməlidir, nə aşağı nə yuxarı.
- Ştanq aşağıda sinənizə toxunduqda çəkinin ağırlığını sinənin üstünə yerləşdirməyin. Hər zaman qollarınızla ağırlığı hiss edin.
- Sinənin hesabına itələmə edib çəkini yuxarı tullamaq da düzgün deyil. Ştanqı qaldıran zaman çiyinləərinizi skamyaya sıxın.
- Siz həmişə çəkini hiss edib tutduğunuz templə asta şəkildə hərəkəti yerinə yetirməlisiniz.
- Biləyinizi yanlara əyməyin, bu travmaya və ya bilək üzərində xoşagəlməz şişin yaranmasına səbəb ola bilər.
Şərhlər
Şərh yazılmayıb
Tövsiyə olunur