Gecə orqanizmdə nə baş verir?
22:00
Qanda leykositlərin miqdarı ikiqat çoxalır - immunitet sistemi özünə əmanət edilmiş sahəni yoxlayır. Bədən temperaturu azalır. Bioloji saat xəbər verir ki, yatmaq vaxtıdır.
23:00
Bədən daha çox rahatlaşır, lakin hər hüceyrədə bərpa prossesi tam sürətlə davam edir.
00:00
Yuxu şüur üzərində daha çox hakimlik edir, beyin isə gün ərzində aldığı məlumatları yerbəyer edərək, işini davam edir.
01:00
Yuxu çox həssas prosesdir. Vaxtında müalicə edilməyən diş və ya zədələnmiş diz ağrıları kəskin arta bilər və səhərə kimi yatmaq imkanı verməyə bilərlər.
02:00
Bütün orqanlar dincəlir, yalnız qaraciyər yuxuda olan orqanizmi yığılmış şlaklardan təmizləyərək, bütün qüvvə ilə işləyir.
03:00
Tam fizioloji azalma: arterial təzyiq aşağı limitdədir, nəbz və nəfəs normadan zəifdir.
04:00
Beyin minimal miqdarda qanla təmin olunur və oyanmağa hazır deyil, lakin eşitmə çox kəskinləşir - cuzi bir səsdən oyanmaq mümkündür.
05:00
Böyrəklər istirahət edir, əzələlər yuxudadır. Metabolizm yavaşlayır, lakin prinsip olaraq orqanizm artıq oyanmağa hazırdır.
06:00
Adrenal bezlər öz növbəsində arterial təzyiqi yüksəldən və ürək döyüntüsünü tezləşdirən adrenalin və noradrenalin hormonlarını qana ifraz edirlər.
07:00
İmmun sisteminin parlaq saatıdır. Qızışma hərəkətləri edib, kontraslı duş qəbul etməyin əsl vaxtıdır. Yeri gəlmişkən, həmin saat ərzində qəbul etdiyiniz hər hansı dərman preparatları daha tez mənimsənilir.