Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Gecə orqanizmdə nə baş verir?

Gecə orqanizmdə nə baş verir?

22:00

Qanda leykositlərin miqdarı ikiqat çoxalır - immunitet sistemi özünə əmanət edilmiş sahəni yoxlayır. Bədən temperaturu azalır. Bioloji saat xəbər verir ki, yatmaq vaxtıdır.

 

23:00

Bədən daha çox rahatlaşır, lakin hər hüceyrədə bərpa prossesi tam sürətlə davam edir.

 

00:00

Yuxu şüur üzərində daha çox hakimlik edir, beyin isə gün ərzində aldığı məlumatları yerbəyer edərək, işini davam edir.

 

01:00

Yuxu çox həssas prosesdir. Vaxtında müalicə edilməyən diş və ya zədələnmiş diz ağrıları kəskin arta bilər və səhərə kimi yatmaq imkanı verməyə bilərlər.

 

02:00

Bütün orqanlar dincəlir, yalnız qaraciyər yuxuda olan orqanizmi yığılmış şlaklardan təmizləyərək, bütün qüvvə ilə işləyir.

 

03:00

Tam fizioloji azalma: arterial təzyiq aşağı limitdədir, nəbz və nəfəs normadan zəifdir.

 

04:00

Beyin minimal miqdarda qanla təmin olunur və oyanmağa hazır deyil, lakin eşitmə çox kəskinləşir - cuzi bir səsdən oyanmaq mümkündür.

 

05:00

Böyrəklər istirahət edir, əzələlər yuxudadır. Metabolizm yavaşlayır, lakin prinsip olaraq orqanizm artıq oyanmağa hazırdır.

 

06:00

Adrenal bezlər öz növbəsində arterial təzyiqi yüksəldən və ürək döyüntüsünü tezləşdirən adrenalin və noradrenalin hormonlarını qana ifraz edirlər.

 

07:00

İmmun sisteminin parlaq saatıdır. Qızışma hərəkətləri edib, kontraslı duş qəbul etməyin əsl vaxtıdır. Yeri gəlmişkən, həmin saat ərzində qəbul etdiyiniz hər hansı dərman preparatları daha tez mənimsənilir.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
44 + ? = 47