Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Protein potensiyaya təsir edirmi?

Protein potensiyaya təsir edirmi?

Proteinin intim həyata və cinsiyyətə mənfi təsirinin olub-olmaması sualı idmandan kənar və ya idmana yeni başlamaq istəyən şəxsləri daim maraqlandıran, bu mövzuda iki cəbhəyə ayrılmışların aktiv müzakirə etdiyi mövzudur. Doğrudur, bu günkü vəziyyət bir neçə il əvvələ baxdıqda daha ürək açandır. Çünki çağdaş həmvətənlərimiz internet resurslarından və ölkədə idman sahəsində tövhəsini verən mənbələrdən bu sualın əsaslı cavabını almışlar. Əgər bu mövzu kiməsə qaranlıq qalmışsa, o zaman proteinshop.az olaraq məqaləmizdə bunu sizin üçün aydınlaşdıracağıq.

Proteinin kişi cinsiyyətinə olan təsirini bilmək üçün ilk növbədə onun nə olduğunu öyrənmək lazımdır. Beləliklə, protein - əzələlərin böyüməsi üçün əsas tikinti materialı olan zülalları ehtiva edən və konsentrasiya olunmuş formada qida əlavəsidir. Təbii qida əlavəsi olduğundan və zülal ehtiva etdiyindən bu məhsul orqanizmdə yalnız və yalnız zülal sintezində iştirak edə bilər və potensiya, cinsi aktivlik və s. bu kimi proseslərlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də onu yuxarıda qeyd olunan hormonal proseslərlə əlaqələndirmək faktiki olaraq mənasızdır. Bütün bunlardan əlavə, illər boyu alimlər tərəfindən aparılan heç bir araşdırmada sadalananlar arasında əsaslı əlaqə aşkar olunmayıb. Müasir xarici dövlətlərin həkimləri belə proteinin günlük rasionda olmasını məsləhət görürlər.

Bəs protein qəbulu hansı hallarda potensiyaya mənfi təsir göstərə bilər? Əlbətdə ki, keyfiyyətsiz və mənşəyi məlum olmayan təqdirdə. Çunki keyfiyyətsiz proteinin tərkibində çoxlu sayda fitoestrogenlər mövcud olur. Fitoestrogenlər, qadın hormonu olan estrogenlərin prototipləridirlər və orqanizmdə ümumi kişisəl faktorlara mənfi təsir göstərirlər. Buna görə də çalışın ki, idman qidalarını tam rəsmi və təstiq edilmiş mənbələrdən alasınız.

Kişilərdə cinsi gücə müsbət təsir edən qida əlavələri Sink, Arqinin, Sitrullin, Tribulus və bir sıra Testosteron boosterlərdir. Bunlar təbii əsaslı əlavələr olub, heç bir mənfi fəsadlara səbəb olmurlar.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
26 + ? = 35