Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Carnivor Beef Aminos (300 tab)

Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
65,0

Mal əti planetimizdəki ən etibarlı və zamanla sınaqdan keçmiş zülalla zəngin qida vasitəsidir. Tərkibində anabolizm (böyümə) və əzələ bərpası üçün lazım olan bütün amin turşularını ehtiva edən bu qida gündəlik rasionumuzun əvəz edilməz hissəsidir. Amma amin turşuları ilə zəngin mal ətini yediyimiz zaman həm də artıq yağ və kalori də qəbul edirik. Bu isə bir çoxlarımızın pəhrizi ilə uyğun gəlməyə bilər. Lakin MuscleMeds brendinə məxsus CARNIVOR BEEF AMINOS amin turşu kompleksi ilə mal ətinin bütün üstünlüklərini heç bir yağ, xolesterol və ya artıq kalori olmadan super konsentrat və super əlverişli formada əldə edə bilərsiniz!!!

MuscleMeds CARNIVOR BEEF AMINOS tərkibinin amin turşuları əzələlərin daha yaxşı bərpasına və ümumi anabolizminə (böyüməsinə) kömək edir. Hər tabletdə yüksək konsentrasiyalı amin turşuları və digər vacib qidaların tam spektri vardır. Carnivor Beef Aminos (300 tab) mal ətinin anabolik (əzələ inkşafı) potensialına malikdir və bu xüsusiyyəti ilə digər idman qidalarından fərqlənən üstünlüyə malikdir. Bədəndə azot sintezini yaxşılaşdırmaq üçün alfa-keto turşuları ilə (məsələn, glutamin alfa-ketoglutarate, ornitin alfa-ketoglutarate, alfa-ketoglutarate və alfa-ketoisocaproate) zənginləşdirilmişdir.

Amin turşuları bədənimizdəki zülalın əsas quruluş hissəsidir. Əzələ toxumasının bərpasında, böyüməsində və inkişafında əvəzsiz rol oynayırlar. MuscleMeds CARNIVOR BEEF AMINOS qida əlavəsi sürətli absorbsiya qabiliyyətinə malikdir və sərbəst formada olan amin turşularının optimal nisbətini özündə ehtiva etməklə hər bir istifadəçinin orqanizmini əzələ bərpası üçün tələb olunan gündəlik amin turşu kompleksi ilə təmin edir. Bu xüsusiyyətlər onun olduqca tez həzmini və əzələ lifləri tərəfindən mənimsənilməsini təmin edir. Bütün bunlardan əlavə MuscleMeds brendinə məxsus Carnivor Beef Aminos məhsulunun istifadəsi zamanı daha relyefli, daha həcmli  və ən əsası keyfiyyətli əzələ kütləsinə sahib olacaqsınız.

MuscleMeds Carnivor Beef Aminos kompleksinin asan udulan tabletlərini ağır məşqlərdən və ya sıradan fiziki aktivliklərdən əvvəl və ya sonra, adi günlərdə isə sutkanın istənilən vaxtı yeməkdən əvvəl və ya sonra qəbul edə bilərsiniz. Carnivor Beef Aminos amin turşu kompleksi istənilən pəhriz növünə uyğundur və balanslı qidalanmanı tam formada dəstəkləyir. 

Əsas üstünlükləri:

  • Tərkibində müntəzəm mal əti olan yağ, xolesterol və ya artıq kalori yoxdur
  • Zərdabdan və ya kazeindən (süd zülalından) alınan məhsullardan fərqli olaraq əlbəttə ki, laktozasızdır
  • BCAA və digər vacib amin turşuları ehtiva edir
  • Bir çox əvəzolunmaz amin turşuları ehtiva edir
  • Əzələ həcmini, gücü və dözümlüyü artırır
  • Amin turşuları sərbəst formadadır
  • Sürətli və asan həzm olunur
  • İstənilən pəhrizə uyğun

İstifadə qaydası: Gün ərzində 2-3 dəfə olmaqla qida fasilələri zamanı hər porsiyada 3 tablet qəbu edin. Daha yaxşı nəticələr üçün porsiya sayını artıra bilərsiniz.

Şərh yazılmayıb
Şərh yaz
28 + ? = 37
Tövsiyə olunur