Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Gaspari AminoMax 8000 (325tab)

Brend: Gaspari
Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
65,0

Gaspari Nutrition brendi Amino Max 8000 kompleksini yaradan zaman atletlərin məsləhətlərini və amin turşuları kompleksində görmək istədikləri xüsusiyyətləri əsas tutmuşdur. Məhz bu strategiya əsasında Gaspari brendi əfsanəvi bir qida əlavəsini ərsəyə gətirmişdir.

Amino Max 8000, tərkibinə kreatin və taurinin əlavə olunması ilə hər bir atletə lazım olacaq güc, həcm və enerjini bəxş etmə qabiliyyətinə sahib olmuşdur. Amin turşu kompleksləri arasında bir tabletin həcminə görə maksimum dozaya, yəni 1 tabletin 2000mq amin turşu ehtiva etməsinə sahibdir.

Amin turşuları bədənimizdəki zülalın əsas quruluş hissəsidir. Əzələ toxumasının bərpasında, böyüməsində və inkişafında əvəzsiz rol oynayırlar. Gaspari Nutrition AminoMax 8000 qida əlavəsi sürətli absorbsiya qabiliyyətinə malikdir və sərbəst formada olan amin turşularının optimal nisbətini özündə ehtiva etməklə hər bir istifadəçinin orqanizmini əzələ bərpası üçün tələb olunan gündəlik amin turşu kompleksi ilə təmin edir.

Məhsulun 91%-i yüksək keyfiyyətli və hidrolizə edilmiş, habelə dipeptid və tripeptidlərlə zəngin zərdab zülalından ibarətdir. Bu xüsusiyyətlər onun olduqca tez həzmini və əzələ lifləri tərəfindən mənimsənilməsini təmin edir. Bütün bunlardan əlavə Gaspari Nutrition brendinə məxsus Amino Max 8000 məhsulunun istifadəsi zamanı daha relyefli, daha həcmli  və ən əsası keyfiyyətli əzələ kütləsinə sahib olacaqsınız.

Gaspari AminoMax 8000 (325tab) kompleksinin asan udulan tabletlərini ağır məşqlərdən və ya sıradan fiziki aktivliklərdən əvvəl və ya sonra, adi günlərdə isə sutkanın istənilən vaxtı yeməkdən əvvəl və ya sonra qəbul edə bilərsiniz. Gaspari AminoMax 8000 amin turşu kompleksi istənilən pəhriz növünə uyğundur və balanslı qidalanmanı tam formada dəstəkləyir. 

Əsas üstünlükləri:

  • 91% Hidrolizə olunmuş Whey Protein
  • Ekstra L-Leysin və L-Taurin ehtiva edir
  • Kreatin Monohidratı ehtiva edir
  • Əzələ həcmini, gücü və dözümlüyü artırır
  • Hər öyündə 8 qramdan çox amin turşuları
  • Amin turşuları sərbəst formadadır
  • Tez və rahat həzm olunur

 

İstifadə qaydası: Məşqdən öncə 4 tablet və məşqdən dərhal sonra 4 tablet qəbul olunmalıdır. Sıradan günlər yemək fasilələri zamanı qəbulu məsləhətdir.

 

Şərh yazılmayıb
Şərh yaz
42 + ? = 43
Tövsiyə olunur