Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Gaspari Real Mass (5.4kg)

Brend: Gaspari
Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
125,0

Gaspari Nutrition Real Mass nədir?

Çəki yığmaq elə də asan iş deyil. Bunun üçün siz sərf etdiyinizdən də çox kalori qəbul etməlisiniz. Bu iş daim hərəkətdə olan atletlər üçün xüsusən çətindir. Bütün bunlardan əlavə, qəbul olunacaq karbohidratlar gərək aşağı qlikemik indeksli və sağlam əsaslı olsunlar. Uğurun sirri isə pəhrizə Gaspari Real Mass (5.4kg) əlavə etmək qədər sadədir. Çünki Real Mass özü özlüyündə 1080 kkal, 50 qram protein, 5 qram kreatin200 qram karbohidrat ehtiva edən çox güclü və məqsədli idman qidasıdır. Həmçinin hər öyündə 16 qram EAA (Essential Amino Acid), yəni əsas amin turşuları zəncirinin olması idmançının daha keyfiyyətli bərpa olunmasını təmin edir.

Gaspari Nutrition brendinə məxsus bu unikal qida əlavəsi həm məşqdən öncə, həm məşqdən sonra, həm də qida əvəzi kimi də istifadə edilə bilər. Digər gainerlərdən fərqli olaraq Real Mass-ın tərkibində həzmi yaxşılaşdıran enzimlər olduğu üçün məşqdən öncə rahatlıqla qəbul edilə bilir.

Gaspari Real Mass idman qidasının daha bir unikal və fərqli cəhəti onun tərkibində trans yağların olmaması və sonradan əlavə şəkərin qatılmamasıdır. Dadlaşdırıcı kimi qatılmış sıfır kalorili sukraloz şəkər əvəzedicisi isə bu qida əlavəsini tam dietik və pəhriz yönümlü edir. Gaspari brendi Real Mass gainerini hazırladığı zaman CARB10™ patentindən də istifadə etmişdir. Bu texnologiya qida əlavəsi istehsalında maksimum aşağı qlikemik indeksli karbohidratlar mənbəyinə əsaslanır. Nəticədə qanda şəkər səviyyəsinin qeyri təbii olaraq qalxmasının qarşısı alınır və istifadəçi lazımsız piy qatı yığmaqdan qorunmuş olur.

Əsas üstünlükləri:

  • 50qr Protein
  • 1080 Kilokalori
  • 16qr EAA (Əsas amin turşu zənciri)
  • 5qr Kreatin Monohidrat
  • Həzmi rahatlaşdıran enzimlər
  • Əlavə qatqısız
  • Əlavə şəkərsiz

İstifadə qaydası: 1 öyün məhsulu 500ml soyuq su və ya südə qatıb, gün ərzində 2 dəfə olmaqla yemək fasilələri zamanı qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
27 + ? = 28
Tövsiyə olunur