Nutrex Lipo 6 Black Ultra Concentrate (60caps)
Dünya reytinqində illərdir liderliyini qoruyub saxlayan, yağ yandırıcı dedikdə ilk ağla gələn təsvir məhz Nutrex brendinin istehsal etdiyi Lipo 6 Black UC (Ultra Concentrate) məhsuluna aiddir. Adını çəkdiyimiz Lipo 6 Black UC yağ yandırıcı qida əlavəsi Nutrex brendi tərəfindən innovativ texnologiyalar əsasında hazırlanmış və sizlərə artıq çəkidən azad olmaq kimi məqsədə nail olmağınız üçün təqdim olunmuşdur.
Bu yağ yandırıcı idman qidasının təsiri o qədər güclüdür ki, bir dəfəyə bir kapsuldan artıq qəbul etmək qəti şəkildə məsləhət görülmür!!!
Nutrex brendinə məxsus Lipo 6 Black Ultra Concentrate (60caps) məhsulunun 1 qara kapsulunda digər yağ yandırıcılarla analoqu olmayan ekstraktlar kompleksi vardır. Bu orijinal tərkibin əsas rol oynayan faktoru Yohimbine HCL və Rauwolscine (alfa yohimbin) kimi iki güclü bitki ekstraktının bir kapsulun tərkib hissəsində cəmlənməsidir. Bu iki ekstrakt cəm halında olduqda dəfələrlə güclü termogenik reaksiyalara, başqa dillə desək çox güclü yağ yanması prosesinə səbəb olurlar. Rauwolscine (alfa yohimbin) özü ayrılıqda orqanizm tərəfindən norepinefrin sintezini gücləndirir və nəticə olaraq bu hormon yeni yağ toxumalarının yaranmasının, yəni piylənmənin qarşısını alır. Yohimbine HCL isə yağ yandırıcı xüsusiyyətləri ilə yanaşı həm də hormonal balansı yaxşılaşdırır.
Nutrex Lipo 6 Black UC məhsulunun üstünlükləri:
- Yağ yanma prosesini çox gücləndirir
- Yeni yağ toxumalarının yaranmasının qarşısını alır
- Yüksək enerji vermə qabiliyyəti vardır
- Metobolizmi sürətləndirir
- Hormonal balansı yaxşılaşdırır
- Testosteron səviyyəsini artırır
- Qan-damar sisteminin funksiyasını yaxşılaşdırır
- Diuretik (artıq sulardan azad olma) xüsusiyyətlərə malikdir
- İştaha tam nəzarət etməyə kömək edir
- Tam orqanikdir
Tövsiyyə edilən istifadə qaydası: 1 kapsulu səhər tezdən, 1 kapsulu isə günorta qəbul edin. Yeməkdən yarım saat öncə qəbulu məsləhət görülür. Günün ikinci yarısında qəbul etməyin.
Diqqət: Bir dəfəyə 2 kapsul qəbul etməyin!!!