Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

MuscleMeds Carnivor Beef Protein Isolate (2 kg)

Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
− +
165,0 ₼

İdman qidaları və qida əlavələri bazarı da daxil olmaqla, idman sahəsinə aid bir çox kateqoriyalara sahib MuscleMeds brendi sizlərə Carnivor Beef Protein İsolate kompleksini təqdim edir. Mal əti planetimizdəki ən etibarlı və zamanla sınaqdan keçmiş zülalla zəngin qida vasitəsidir. Tərkibində anabolizm (böyümə) və əzələ bərpası üçün lazım olan bütün amin turşularını ehtiva edən bu qida gündəlik rasionumuzun əvəz edilməz hissəsidir. Amma amin turşuları ilə zəngin mal ətini yediyimiz zaman həm də artıq yağ və kalori də qəbul edirik. Bu isə bir çoxlarımızın pəhrizi ilə uyğun gəlməyə bilər. Lakin MuscleMeds brendinə məxsus Carnivor Beef Protein İsolate protein kompleksi ilə mal ətinin bütün üstünlüklərini heç bir yağ, xolesterol və ya artıq kalori olmadan super konsentrat və super əlverişli formada əldə edə bilərsiniz!!!

İzolyat proteini hal-hazırda mövcud olan protein növləri arasında ən saf və ən təmiz növ kimi tanınır. Məhz bu səbəbdən də, adı çəkilən izolyat protein, Carnivor Beef Protein İsolate zülal kompleksinin əsasını təşkil edir.

Daha tez bərpa sürətli inkşafın əsas şərtlərindən biridir. MuscleMeds Carnivor Beef Protein Isolate (2 kg), müxtəlif növ pəhrizlərdə və hər bir idman növlərində istifadə etmək üçün tərtib edilmiş, özündə güclü əvəzolunmaz amin turşu zəncirini (Branched Chain Amino Acids yəni BCAA) ehtiva edən və Amerika istehsalı olan yüksək keyfiyyətli ultra təmiz izolyat proteinidir. 

Bütün bunlardan əlavə, MuscleMeds brendinin Carnivor Beef Protein İsolate zülal kompleksinin ani həll olma xüsusiyyəti də vardır. Tərkibində şəkər əvəzinə sıfır kalorili sukraloz şəkər əvəzedicisi istifadə olunduğuna və minimum karbohidrat ehtiva etdiyinə görə həm pəhriz saxlayan insanlar həm də quru əzələ kütləsini hədəfləyən atletlər üçün əvəz olunmaz qida əlavəsidir. Bütün bu xüsusiyyətlər məhsulun istehsalında istifadə edilmiş yüksək keyfiyyətli xammaldan və əlbətdə ki, qabaqcıl texnalogiyalardan xəbər verir.

MuscleMeds Carnivor Beef Protein Isolate zərdab zülalı kompleksinin əsas məqsədi sizin əzələ liflərinizin daha tez bərpası, daha sürətli inkşafı və ən qısa müddətdə tam şəkildə qidalanmasıdır. Bu zülal kompleksinin istifadəsi bədəni yüksək keyfiyyətli izolyat proteinlə dəstəkləyəcək, pəhriz və məşqlərin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq, fiziki iş qabiliyyətini, gücü və dözümlülüyü artıracaqdır.

Əsas üstünlükləri:

  • Əsas inqridient İzolyat proteindir
  • Hər öyündə təbii mənşəli L-Qlütamin ehtiva edir
  • Hər öyündə BCAA ehtiva edir
  • Ani həll olma qabiliyyəti
  • Hər növ pəhrizə uyğun
  • Yüksək keyfiyyət
  • Əla dad

 İstifadə qaydası: 1 ölçü qaşığı məhsulu minimum 200-250ml su və ya südlə qarışdırıb məşqdən əvvəl və ya sonra qəbul edin. Qəbul ediləcək öyün saylarını gündəlik zülal tələbatınıza uyğun olaraq müəyyənləşdirin.

 

Şərh yazılmayıb
Şərh yaz
15 + ? = 22
Tövsiyə olunur