MuscleTech Nitro-Tech 100% Whey Gold (907 gr)
NitroTech 20 ildən çoxdur ki, öz sinfində liderlik edən protein seriyasıdır. Qabaqcıl tədqiqatlara və ən son texnologiyalara əsaslanan istehsal prosesi ilə dünyada milyonlarla istifadəçilərin rəğbətini qazanmışdır. Sözü gedən bütün bu üstünlüklər seriyanın ən yeni məhsulu olan NitroTech 100% Whey Gold-da öz əksini tapmışdır.
Tərkibində çoxlu sayda whey peptidlər ehtiva edən bu izolyat protein sizin orqanizminizə ən sürətli həzmi və absorbsiyanı bəxş edəcəkdir. Bu sürət sayəsində əzələlər daha tez bərpa olur, inkşaf tezləşir və nəticədə siz qısa zaman müddətində keyfiyyətli quru əzələlərə sahib olursunuz. İzolyat proteini hal-hazırda mövcud olan protein növləri arasında ən saf və ən təmiz növ kimi tanınır. Məhz bu səbəbdən də, adı çəkilən isolate protein, MuscleTech Nitro-Tech 100% Whey Gold (2.5 kg) zülal kompleksinin əsasını təşkil edir.
Qeyd etmək lazımdır ki, NitroTech 100% Whey Goldun ibarət olduğu whey peptidlər digər protein mənbələrindən fərqli olaraq yüksək bioloji dəyərə malikdirlər. Bu o deməkdir ki, sözü gedən protein tozu orqanizm tərəfindən maksimum dərəcədə səmərəli istifadə olunacaqdır.
Bütün bunlardan əlavə, MuscleTech brendinə aid NitroTech 100% Whey Gold zülal kompleksinin ani həll olma xüsusiyyəti də vardır. Tərkibində şəkər əvəzinə sıfır kalorili sukraloz şəkər əvəzedicisi istifadə olunduğuna və minimum karbohidrat ehtiva etdiyinə görə həm pəhriz saxlayan insanlar həm də quru əzələ kütləsini hədəfləyən atletlər üçün əvəz olunmaz qida əlavəsidir. Bütün bu xüsusiyyətlər məhsulun istehsalında istifadə edilmiş yüksək keyfiyyətli xammaldan və əlbətdə ki, qabaqcıl texnalogiyalardan xəbər verir.
NitroTech 100% Whey Gold-un qabaqcıl soyuq mikrofiltrasiya üsulu ilə hazırlanması onun premium keyfiyyətinin daha bir danılmaz sübutudur.
Əsas üstünlükləri:
- Sürətli həzmi təmin edən hidrolizat whey peptidlər
- Premium keyfiyyətli amin turşu kompleksi
- Hər öyündə 5.5qr BCAA və 4qr Qlütamin
- Soyuq mikrofiltrasiya üsulunun tətbiq edilməsi
İstifadə qaydası: 1 ölçü qaşığı məhsulu 200-250 ml su və ya yağsız süd ilə qarışdırıb yemək fasilələri zamanı qəbul edin. Məşq günləri məşqdən öncə və sonra istifadə edin.