Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Nutrex Tribulus Black 1400 (90 caps)

Brend: Nutrex
Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
55,0
50,0

Dünyanın nömrə bir yağ yandırıcıları istehsal edən əfsanəvi Nutrex brendindən Tribulus Black 1300 qida əlavəsini sizlərə təqdim edirik. Təbii tribulus ekstraktından hazırlanan və ultra konsentratlaşdırılmış 45% ümumi saponin tərkibinə standartlaşdırılır və hər dozada maksimum keyfiyyət və təmizliyi təmin etmək üçün FDA-nın ciddi təlimatları altında istehsal olunur. Ənənəvi olaraq afrodizyak kimi istifadə edilən bu qədim dərman bitkisi cinsi gücü və istəyi artırmaq qabiliyyətinə görə yüksək qiymətləndirilib.

Nutrex Tribulus Black 1300 idman qidasının hər kapsulunun tərkibi zülal sinetizini qüvvətləndirən 45% saponinlərdən ibarət tam təbii bitki ekstraktıdır. Bu ekstrakt sizin təbii testosteron hormonu səviyyənizi yüksəldəcək, sizə fiziki qüvvət və əzələ inkşafı bəxş edəcəkdir. Əzələ inkşafına olan müsbət təsiri testosteron hormonunun birbaşa anabolik proseslərlə (əzələnin inkşaf prosesi) əlaqəli olmasından irəli gəlir. Bu hormonun səviyyəsi nə qədər yüksək olarsa, əzələ inkşafı da bir o qədər sürətli gedəcəkdir. Sərbəst testosteronu sintetik analoqlarla əvəz edən və endokrin sistemi maneə törədən farmakoloji dərmanlardan fərqli olaraq, tribulus bu hormonun təbii ifrazını stimullaşdırır. Sözü gedən bu ekstrakt tamamilə təhlükəsizdir.

Testosteron - androgen qrupundan olub, erkək cinsiyyət hormonudur. Sağlamlıq, enerji, libido, immun sistemi və digər amillər ilə sıx bağlı olan bu hormon həm kişilər, həm də qadınlar üçün çox  vacibdir. Kişi üçün ən vacib sayılan testosteron hormonun aktivliyi isə əzələ kütləsini və fiziki gücü artırmağa kömək edə bilir. Müasir elm adamları isə sintetik hormonlardan əlavə təbii bitki ekstraktlarında və minerallardan istifadə ilə də testosteron səviyyəsini artırmağın mümkün olduğunu isbat ediblər. Məhz elm adamlarının bu kimi icadları müasir dövrümüzdə Tribulus Black 1300 kimi qida əlavəsinin meydana gəlməsinə zəmin yaratmışdır.

Nutrex Tribulus Black 1300 (120 caps) tamamilə çox yönlüdür və həm peşəkarlar, həm də həvəskarlar üçün, xüsusən də üstün nəticələr əldə etmək istəyən, lakin təhlükəli dərman vasitələrindən istifadə etmək istəməyən əsl idman həvəskarları üçün ideal bir seçimdir.

Tribulus Black 1300 rəqabət aparan məhsullar üzərində danılmaz üstünlüklərə malikdir. Fakt budur ki, digər tribulus məhsullarının 1 öyünündə ortalama 650mg tribulus ekstraktı olduğu halda, Tribulus Black 1300 kompleksində bu göstərici iki dəfə çox, 1300 mg-dır.

Əsas üstünlükləri:

  • Əzələ anabolizmasını aktivləşdirir və aktiv saxlayır;
  • Yağsız əzələ kütləsinin böyüməsini sürətləndirir;
  • Yağ yandırma proseslərini dəstəkləyir və dərialtı yağ tərkibini azaltmağa kömək edir;
  • Məşqdən sonra bədənin bərpasını sürətləndirir;
  • Fiziki dözümlülüyü əhəmiyyətli dərəcədə artırır;
  • Əzələ gücünü və dözümlülük potensialını artırır;
  • Əhval-ruhiyyəni və ümumi rifahı yaxşılaşdırır;
  • Libido və cinsi aktivliyi artırır;
  • Erektil funksiyanı yaxşılaşdırır.

İstifadə qaydası: Pəhriz əlavəsi olaraq gündə 2 kapsul səhər və ya axşam qidalarında sonra bol su ilə qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
35 + ? = 45
Tövsiyə olunur