Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

RC L-Carnitine XS 3000 (473 ml)

Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
50,0

Artıq çəki müasir dünyamızda günbəgün daha çox insanı narahat edən əsas amillərdən biridir. Buna səbəb kimi qeyri-sağlam qida rasionunu, stress, əsəb, depresiya, passiv həyat tərzini və s. misal göstərmək olar. Bu faktorların əmələ gətirdiyi artıq çəki yəni piy əslində ifrat dərəcədə qəbul olunan və sərf edilməyədiyi təqdirdə ehtiyyat kimi saxlanılan enerjidir. Artıq piylərdən azad olmaq üçün onları, yəni enerji ehtiyyatını sərf etmək lazımdır. Artıq yağların (piylərin) yanması üçün həmin yağ hissəcikləri qan dövranına keçməlidir, enerjiyə ehtiyacı olan liflərə çatdırılmalıdır və hüceyrələrdə oksidləşməlidirlər (nəticədə enerji azad olur).

Yağ toxumalarının məhz çatdırılması məsələsində L-karnitin amin turşusu böyük rol oynayır. İnsan orqanizmində əzələ və qara ciyərdə yerləşib mühüm fizioloji rol oynayır. Bu fizioloji proses zamanı yağ turşularının oksidləşmə yolu ilə parçalanması bilavasitə mitoxondri matriksinin daxilində başlayır. Parçalanan yağ isə öz növbəsində karbondioksid, su və enerjiyə parçalanır. Karbondioksid nəfəs yolu ilə, su isə öz növbəsində tər,idrar, göz yaşı və s. yollarla bədəni tərk edir. Yəni L-karnitin orqanizmdə nə qədər çox olarsa, yağların daşınması bir o qədər sürətli baş verər və siz daha tez arıqlamağa nail olarsınız. Məhz bu səbəblərə görə dünyda ən çox tanınmış yağ yandırıcı məhz L-carnitine amin turşusudur.

Ronnie Coleman brendinə məxsus L-Carnitine XS 3000 əlavəsi xüsusilə məşq zamanı yandırılan yağ miqdarını artırır. İdmançılar atletik performanslarını artırmaq üçün isə məhz RC L-Carnitine XS 3000 (473 ml) qəbul edirlər. L-Carnitine həmçinin əzələ daxilində qlikogen ehtiyatını artıraraq əzələ dözümlülüyünə müsbət təsir göstərir. L-Carnitine XS 3000 məhsulunun ikinci dərəcəli funksiyası da vardır ki, o bəzi tullantıların hüceyrələrdən çıxarılmasına kömək edir və orqanizmdə müəyyən problemlərin yaranmasının qarşısını alır. Karnitinin azot oksidinin sintezini artıraraq qan axınını yaxşılaşdırdığı da müəyyən edilmişdir.

Bütün bunlardan əlavə Ronnie Coleman brendinin L-Carnitine XS 3000 idman qidası məşqdən sonra bərpa müddətini azaldır və əzələ toxumasının katabolizmdən (dağılmadan) qorunmasına müsbət təsir göstərir. L-Carnitine XS 3000 düzgün pəhriz və məşq təlimləri ilə birlikdə istifadəsi bədən yağını etibarlı və tez azaltmağa imkan verəcəkdir.

Maye formada L-Carnitine  XS 3000 (473 ml) yüksək konsentrasiyalı qida əlavəsidir və istənilən pəhriz proqramları ilə istifadə edilə bilər.

Əsas üstünlükləri:

  • Effektiv yağ yanması
  • Antioksidant müdafiə
  • Enerji artması
  • Dözümlülük və performansın artması
  • Yağların enerjiyə çevrilməsini təşviq edir
  • Sürətlə həzm olunan maye L-karnitindir
  • Katobolik prosesin qarşısını alır

 

İstifadə qaydası: 1 xörək qaşığı məhsulu məşqdən yarım saat qabaq qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
34 + ? = 37
Tövsiyə olunur