Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: H.Aslanov m/s. Məhəmməd Hadi 70
Ünvan 3: Elmlər m/s, Hüseyn Cavid pr, ev 37

RC Yeah Buddy (240 gr)

Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
60,0

Ronnie Coleman brendindən Yeah Buddy məşq öncəsi energetic tozu ən stresli məşq sessiyanıza hazırlaşmağınıza yardımçı olmaq üçün ən güclü biloji təbii birləşmələr əsasında istehsal edilmişdir. Yeah Buddy məhsulunu təşkil edən maddələr arasında əzələ dolğunluğunu (pump effekti) yaxşılaşdırmaq üçün Sitrulin Malat (Citrulline Malate), əzələlərdə laktik turşu səviyyəsini azaltmaq üçün Beta Alanin (Beta Alanine), bədənin enerji tutumunu stimullaşdırmaq üçün TheaCrine, konsentrasiyanı artırmaq üçün kofein anhidratı və daha uzun enerji vəziyyətini dəstəkləmək üçün Encapfeine ekstraktını qeyd etmək lazımdır. Bu siyahı tam deyil. Formulaya həmçinin yağ yandırma proseslərini stimullaşdıran inqrediyentlər (Advantra Z Narınc ekstraktı), eləcə də orqanizm tərəfindən oksigenin istifadəsini optimallaşdıran birləşmələr daxildir.

RC Yeah Buddy (240 gr) energetik kompleksinin formulası aşağıdakı birləşmələri ehtiva edir: Sitrulin Malat, Beta Alanin, Xolin Bitartrat, Kofein Anhidratı, Narınc ekstraktı, TeaCrine, Methylliberine və Malabar qozu (Adhatoda Vasica) ekstraktı.

Citrulline Malate əzələlərinizi daha çox oksigen və digər dəyərli qida maddələrinin sürətli daşınması ilə təmin edəcəkdir. Buna səbəb qan damarlarını genişləndirən və qan axını sürətləndirən azot oksidinin sintezinin sitrulin malat hesabına güclənməsidir. Nəticədə qan, əzələ liflərinin optimal işləməsi üçün lazım olan daha çox qida ilə əzələlərə və bədənin digər toxumalarına və orqanlarına daha da sürətlə axır. Artan miqdarda tikinti materialı və enerji mənbələri ilə əzələlərimizin böyümə və bərpa prosesi sürətlənir, eləcə də artan qidalı maddələrlə güc potensialımız daha da yaxşılaşır.

TeaCrine, enerjinin sintezini və beyində zehni fəaliyyəti yaxşılaşdırmağa kömək edən kliniki sınaqdan keçmiş təbii biloji məhsuldur. Bu maddə həm də motivasiyanı artırır və müsbət əhvalı saxlamağa kömək edir. 

Beta Alanine əzələlərdə laktik turşunun səviyyəsini azaltmaqla yüksək performansa sahib olmağa kömək edir. Laktik turşu artıqlığı adətən əzələlərin vaxtından əvvəl yorğunluğuna səbəb olur. Beta Alanine həm də yüksək enerji metobolizmini dəstəkləyir.

Encapfeine patentli kofein susuz tərkib hissəsilidir (yəni Caffeine Anhydrous). Sinir sisteminin ən güclü stimulantlarından biri olaraq zehni konsentrasiyanı daha uzun müddət saxlamağa və zehni yorğunluğu aradan qaldırmağa kömək edir. Kofein həmçinin termogenezi stimullaşdırır, israf edilən kalorilərin miqdarını artırır və əlavə enerji verir.

Kolin bitartrat (Choline Bitartrate) hüceyrə membranlarının saxlanması və əzələlərin daralmasında və beyin funksiyasında mühüm rol oynayan asetilkolinin istehsalı üçün vacibdir. Onun təsiri beyində neyromodulyator rolunu oynayan və fəaliyyətini yaxşılaşdıran xoşbəxtlik hormonlarının formalaşmasında iştirak edən fenetilamin tərəfindən gücləndirilir.

Ronnie Coleman Yeah Buddy energetik tozunu ehtiva edən digər Methylliberine (Dynamine) və Malabar qozu (Adhatoda Vasica) ekstraktları da enerji metobolizmini sürətlənməsinə və gün ərzində gümrah qalmanıza yardımçı olacaqlar.

Əsas üstünlükləri:

  • Enerji partlayışı bəxş edir
  • Enerji metobolizmini sürətləndirir
  • Əzələ yorğunluğu ilə mübarizə aparmağa kömək edir
  • Əzələlərin qida ilə təminatını yaxşılaşdırır
  • Yağ yanmasını stimullaşdırır
  • Bədənin oksigenlə təmin olunmasını dəstəkləyir
  • Diqqəti və zehni konsentrasiyanı artırır
  • Əzələnin güc və potensialını artırır
  • Dözümlüyü artırır
  • Qan dövranını gücləndirir
  • Maddələr mübadiləsini yaxşılaşdırır
  • Katobolik proseslərin qarşısını alır
  • Əhval-ruhiyyəni yaxşılaşdırır

İsatifadə qaydası: 1 ölçü qaşığı məhsulu 300 ml suda həll edib məşqdən 30 dəq əvvəl qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
17 + ? = 23
Tövsiyə olunur