Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Ultimate Creatine Monohydrate (300 gr)

Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
40,0

Ultimate Nutrition Creatine Monohydrate bodibilderlərdən tutmuş sprinterlərə, fiziki gücünü artıranlardan tutmuş əzələ həcmini böyütmək istəyənlərə qədər geniş insan spektri üçün və xüsusilə də keyfiyyətli əzələ kütləsini artırmaq istəyənlər üçün ideal bioloji fəallığa malik qida əlavədir. Çoxsaylı tədqiqatlar göstərmişdir ki, Ultimate Creatine Monohydrate onu qəbul edən insanların gücünü, qüvvəsini, sürətini və əzələ kütləsini artırmaq iqtidarındadır. Həmçinin sübut edilmişdir ki, kreatin monohidrat bərpa prosesi üçün lazım olan ümumi vaxtı azaldır və intensiv məşq dövrləri arasında bərpa sürətini artırır.

Kreatin monohidrat çağdaş dövrümüzün ən tanınmış idman qidalarından biridir. Bu qida əlavəsi atletlərin fiziki gücünü artırır və əzələ çəkisi artırmaqda onlara yardımçı olur. Əzələ liflərində su saxlama qabiliyyətinə sahib olduğu üçün, ondan istifadə edən insanların əzələləri həcmli görünür. Bir sıra elmi tədqiqatlara görə isə, kreatin həm də testosteron səviyyəsinə də müsbət təsir göstərir. Tədqiqatların birində isə 10 həftəlik istifadə zamanı testosteron səviyyəsində 22% artım müşahidə olunmuşdur.

Kreatin monohidratı enerjini kreatinfosfat şəklində ehtiyat edən molekuldur və lazım olduğu təqdirdə orqanizm üçün ilkin enerji mənbəyi kimi çıxış edir. Kreatinin istifadəsi dövründə, ağır fiziki məşqlər zamanı orqanizm ilk növbədə kreatinfosfatı enerji mənbəyi kimi istifadə edir. Bu zaman ATF və əzələlərdə saxlanılan qlikogen ehtiyat edilir, daha sonrakı bərpa prosesində istifadə olunur. Bu qida əlavəsi dərhal yox, davamlı istifadə zamanı öz effektini göstərir. Fiziki təzyiqlər zamanı yaranan turşuları neytrallaşdırdığı üçün, onun istifadəsi əzələ yorğunluğunun tədricən qarşısını alır. Kreatin əzələ kütləsinin effektiv yığılması üçün zəruri olan ATF-molekullarının yüksək səviyyədə istehsalını həyata keçirilməsində də orqanizmə yardımçı olur. ATF-in yüksəldilmiş səviyyəsi güc, qüvvə və dözümlülüyün artırılması ilə nəticələnə bilir.

Ultimate Creatine Monohydrate (300 gr) təklikdə və karbohidratla birgə qəbul olunan zaman da çox yaxşı həzm olunur. Lakin əzələ kütləsini qısa müddətdə artırmaq istəyənlərə kreatin ilə birgə geyner də qəbul etmək məsləhət görülür. Gündəlik doza, yükləmə periodunda 15-25 qr, sıradan istifadə zamanı isə  5-10 qr arasında dəyişir.

Kreatini fiziki məşqlərdən əvvəl, bir çox hallarda isə dərhal sonra qəbul etmək məsləhət görülür. Buna səbəb isə məşq sonrası periodda bədəndə qan dövranının güclənməsi və metobolizmin sürətlənməsidir. Məhz bu zaman qəbul olunan qida əlavəsi daha yaxşı həzm olunacaqdır.

Ultimate Nutrition Creatine Monohydrate kimlərə uyğundur?

Kreatin monohidrat təhlükəsizdir və yüksək intensivliyə malik məşqlərdə iştirak edən və ya fiziki performansını və gücünü artırmağa çalışan istənilən şəxs üçün uyğundur.

Əsas üstünlükləri:

  • Əzələ kütləsinin böyüməsini təşviq edir
  • Əzələ həcmini artırır
  • ATF səviyyəsini artırmağa kömək edir
  • Bütün məşq boyunca enerji səviyyələrini dəstəkləməyə kömək edir
  • Güc və enerjini artırmaq qabiliyyətinə malikdir

İstifadə qaydası:  1 qaşıq (5qr) məhsulu 150-250 ml su və ya meyvə şirəsinə qatıb, məşqdən dərhal öncə və ya sonra qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
37 + ? = 42